21 
İyn
2018
09:42
270
68
6768
Virtual karabakh

İranlı qadınlar 40 il sonra ilk dəfə stadionda

21 İyn, 2018
09:42
6768

İranlı qadınlar 40 il sonra ilk dəfə stadionda

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran vətəndaşı olan qadınlar 1979-cu ildən bəri ilk dəfə futbol qarşılaşmasını izləyiblər. 

Oxu.Az xəbər verir ki, bu barədə “Al-Ahram” məlumat yayıb. 

Onlar kişilərlə birlikdə Rusiyada keçirilən futbol üzrə dünya çempionatı çərçivəsində baş tutan İspaniya – İran oyununa Tehranın “Azadi” stadionundan tamaşa ediblər. Arenaya giriş üçün biletlər iki avroya olub və qarşılaşmanı 10 min insan izləyib. 

Məlumata görə, futbol qarşılaşmalarının yayımı iyunun 15-dən başlanıb. O zaman qadınlar stadiona buraxılmayıb və qarşılaşmanı kinoteatrlardan izləyiblər. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri