23 
İyn
2018
15:38
128
202
3687
Virtual karabakh

Şotland və italiyalı qapıçılar “Qarabağ”ın təklifini rədd etdi

23 İyn, 2018
15:38
3687

Şotland və italiyalı qapıçılar “Qarabağ”ın təklifini rədd etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pul hər şey demək deyil.

Oxu.Az xəbər verir ki, bunu  İtaliyanın “Peskara” klubunun qapıçısı Vinçenso Fyorillo bildirib.

Ağdamın “Qarabağ” klubunun elçi düşdüyü qolkiper Azərbaycan klubunun sıralarına qatılmaqdan imtina edib.

“Mən dörd il bu futbolka ilə meydana çıxmışam, komanda uğrunda mübarizə aparmışam. Bütün alqışları, tənqidləri, rəqabəti görmüşəm. Məğlub olduğum günlər də olub, qalib gəldiyim də. Bəzi oyunlarda oyunun qəhrəmanı olmuşam. Mənim arzum – bu komanda ilə A seriyasına qayıtmaqdır.

“Qarabağ”a təklifə görə təşəkkür edirəm, çox yaxşı təklif idi və onu qəbul etməyə məni inandırmaq üçün əllərindən gələni etdilər.  Ancaq pul heçdə hər şey demək deyil”, - deyə futbolçu “Instagram” hesabında yazıb.

Eyni zamanda “Qarabağ”ın şotlandiyalı qapıçı Con Maklaflinlə apardığı danışıqlar nəticə verməyib. “Harts” (Heart of Midlothian) klubunun qapıçısı ağdamlıların təklifini rədd edərək, “Sanderlend” klubuna keçməyə qərar verib.

“Daily Express” nəşri yazır ki, 30 yaşlı qolkiper Çempional Liqasında çıxış etmək fürsətindənsə, İngiltərə futboluna qayıtmağa üstünlük verib.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri