27 
İyn
2018
13:29
64
115
4681
Virtual karabakh

Maradonanın halı oyunun fasiləsində pisləşibmiş - FOTO/VİDEO

27 İyn, 2018
13:29
4681

Maradonanın halı oyunun fasiləsində pisləşibmiş - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Argentina – Nigeriya oyunundan (2:1) sonra Dieqo Maradonanın sağlamlığında problem yaranıb. 

Oxu.Az xəbər verir ki, dünya futbolunun əfsanəsi dostlarının köməyi ilə stadionu tərk edə bilib.

Xoşbəxtlikdən Maradonanın xəstəxanaya aparılmasına ehtiyac qalmayıb. Təzyiq problemi ilə üzləşən 57 yaşlı əfsanə vəziyyəti düzəldikdən sonra şəxsi təyyarəsi ilə Moskvaya qayıdıb.

O, şəxsi “Instagram” səhifəsində səhhətinin qaydasında olduğunu yazıb, xəstəxanaya çatdırıldığına dair xəbərləri təkzib edib: 

“Mən xəstəxanaya yerləşdirilməmişəm. Sadəcə, oyunun fasiləsində boynum möhkəm ağrıdı və huşumu itirdim. Həkim ilk yarıdan sonra hotelə qayıtmağımı məsləhət gördü. Lakin mən stadionda qalmağı qərara aldım.

Axı necə gedə bilərdim? Hamını öpür və verdikləri dəstəyə görə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Dieqo Maradona həmin oyunun əvvəlində nigeriyalı bir xanımla rəqs edərkən görüntülənib. Oyunun sonunda isə Maradona qeyri-etik barmaq hərəkəti ilə yadda qalıb.

Prosport.Az adlı şəxsin şəkli.

S.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri