10 
İyl
2018
23:56
158
389
5724
Virtual karabakh

Fransa finala yüksəldi

10 İyl, 2018
23:56
5724

Fransa finala yüksəldi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün dünya çempionatında ilk finalçının adı məlum olub.

Oxu.Az-ın xəbərinə görə, həlledici oyuna vəsiqə üçün ilk olaraq, Fransa və Belçika milliləri mübarizə aparıblar.

Fransa hələ mundial öncəsi favoritlərdən hesab olunurdusa, Belçika millisi turnirdə irəlilədikcə, güclü rəqiblərini mübarizədən kənarlaşdırmaqla iddialı olduğunu sübut etmişdi. 

Didye Deşamın rəhbərlik etdiyi fransızlar 1/8 finalda Argentina, 1/4-də isə Uruqvayı mübarizədən kənarlaşdırmışdı. Roberto Martinesin komandası isə pley-offda Yaponiya və beşqat dünya çempionu Braziliyanı evinə göndərmişdi.

Görüşün taleyini isə 51-ci dəqiqədə Fransa millisinin futbolçusu Umtitinin vurduğu yeganə qol həll edib. Beləliklə də, Belçikanın tarixində ilk dəfə dünya çümpionatının finalına yüksəlmək arzuları puç oldu.

Fransanın həlledici oyunda rəqibi isə sabah İngiltərə - Xorvatiya oyununda müəyyənləşəcək. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri