18 
İyl
2018
00:14
195
31
9436
Virtual karabakh

“Qarabağ”ın ÇL-dəki potensial rəqibi müəyyənləşdi

18 İyl, 2018
00:14
9436

“Qarabağ”ın ÇL-dəki potensial rəqibi müəyyənləşdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” klubunun Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.

Oxu.Az xəbər verir ki, “Qarabağ” Sloveniya “Olimpiya”sını keçəcəyi təqdirdə, Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın “Kukesi” klubu ilə qarşılaşacaq.

“Kukesi” Maltanın “Valletta” klubunu iki oyunun nəticəsinə əsasən üstələyərək növbəti mərhələyə yüksəlib. 

Rəqiblərin hər iki görüşü heç-heçə başa çatıb – 0:0 və 1:1. Lakin “Kukesi” səfərdə vurduğu qol sayəsində mübarizəni davam etdirən tərəf olub.

“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edib. 

Ağdam təmsilçisinin cavab oyunu iyulun 18-i Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da başlanacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri