18 
İyl
2018
23:31
219
41
7299
Virtual karabakh

Qurban Qurbanov: Rauf Əliyevə müraciət edə bilərəm

18 İyl, 2018
23:31
7299

Qurban Qurbanov: Rauf Əliyevə müraciət edə bilərəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çempionlar Liqasının I təsnifat mərhələsinin “Qarabağ” – “Olimpiya” oyunundan sonra mətbuat konfransı keçirilib. 

Oxu.Az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib.

O, çox yaxşı komandaya qarşı oynadıqlarını söyləyib:

“Yaxşı komandaya qarşı oynadıq. Bundan sonrakı oyunlarımız belə çətin olacaq. Rəqibin baş məşqçisini də təbrik edirəm. Onunla söhbət etdim. Hiss olunur ki, yeni gəldiyi komandaya yeni nəfəs gətirib.

Dani Kintananın durumu haqqında indidən nə isə deyə bilmərəm. Əzələsini dartdı. Amma növbəti oyunda çıxış edəcəyini düşünürəm.

Növbəti turdakı rəqibimiz “Kukesi” haqqında yaxın iki gün ərzində məlumat toplamağa çalışacağam. Amma nə isə qaranlıq qalsa, ötən mövsüm orda oynamış Rauf Əiyevə müraciət edə bilərəm”.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri