22 
İyl
2018
09:11
352
58
10660
Virtual karabakh

“Qarabağ”a yeni hücumçu transfer edildi

22 İyl, 2018
09:11
10660

“Qarabağ”a yeni hücumçu transfer edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin “Bursaspor” klubunun futbolçusu Con Delarj “Qarabağ”a keçdi.

Oxu.Az türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi “timsahlar”a 200 min avro transfer haqqı ödəyib.

28 yaşlı hücumçunun imzalayacağı müqavilənin müddəti və əmək haqqı açıqlanmır.

Delarj son zamanlar “Bursaspor”da oyunundan çox şəxsi həyatı ilə gündəmdə olub. Oyunçu daha bir il qüvvədə olan müqaviləsinə güvənərək, məşqlərə laqeyd yanaşıb. Bunun nəticəsində baş məşqçi Samet Aybaba ona əsas heyətdə yer verməyib. Konqolu forvard 2017-ci ildən çıxış etdiyi komandada 15 oyuna 4 qol vurub. Klub onu 700 min avroya satışa çıxarsa da, Ağdam klubu bu məbləği yarım milyon avroyadək endirdi.

O, “Bursaspor”a 2017-ci ilin avqustunda “Admira”dan 1,25 milyon avroya transfer olunub. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri