22 
İyl
2018
14:09
315
71
5635
Virtual karabakh

“Çelsi” Azarı “Real”a satmaqdan imtina edib

22 İyl, 2018
14:09
5635

“Çelsi” Azarı “Real”a satmaqdan imtina edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Çelsi” yarımmüdafiəçi Eden Azarı Madrid “Real”ına satmaqdan imtina edib.

Oxu.Az Daily Mirror-a istinadən xəbər verir ki, 2018-ci il dünya çempionatında Belçika milli komandasının bürünc mükafatçısı olan futbolçuya “Real” 170 milyon funt (190 milyon avro) təklif edib.

Ancaq “Real”ın şərtləri rədd edilib. Belə ki, yeni baş məşqçi Mauritsio Sarri oyunçunu satmaq istəməyib.

“Azar Avropanın ən yaxşı futbolçularından biridir. Ümid edirəm ki, onu daha da yaxşı edə biləcəyəm, ancaq bu bir az çətin olacaq. O artıq böyük uğurlar qazanıb” -, deyə Sarri qeyd edib.

Qeyd olunur ki, “Çelsi” ona yenidən daha yaxşı şərtlərlə müqavilə təqdim etmək niyyətindədir. Bu müqavilədə məbləğ artırılaraq 300 min funt (335 min avro) olacaq.

Xatırladaq ki, 27 yaşlı Eden Azar 2012-ci ildən “Çelsi”də oynayır. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri