Avq
2018
23:32
76
163
7776
Virtual karabakh

Qurban Qurbanov: Hələ cavab oyunu var

7 Avq, 2018
23:32
7776

Qurban Qurbanov: Hələ cavab oyunu var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov BATE  ilə oyundan sonra mətbuat konfransı keçirib.

Oxu.Az xəbər verir ki, Qurbanov oyunla bağlı bunları bildirib:

“Rəqibin fikri bizə təzyiq yaratmaq idi. Buna da nail oldular. Amma hələ cavab oyunu var. BATE gözlədiyim kimi çıxış etdi. Futbol səhvlər oyunudur. Səhvdən qol buraxdıq. Böyük ehtimalla, cavab oyununda da bu heyət meydanda olacaq.

PFL-dən xahiş edəcəyik ki, “Zirə” ilə çempionatdakı ilk oyun təxirə salınsın. Çünki komandamızın istirahətə və cavab oyununa yaxşı hazırlaşmağa ehtiyacı var.

Dani Kintananın durumu oyun öncəsi pisləşdi. Bu üzdən o, “18-lik”də yox idi. Kintana əməliyyat olunacaq.

Hücum xətti mən “Qarabağ”da olandan məni narahat edir. Amma bizdə tək mərkəz hücumçuları yox, cinah futbolçuları da hücumçu sayılır. Az olmayıb ki, cinah yarımmüdafiəçilərimiz bombardir olub".

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri