Avq
2018
16:48
28
72
7540
Virtual karabakh

Futbolsevərlər yeni mövsümdə oyunlara hansı kanalda baxa biləcək?

8 Avq, 2018
16:48
7540

Futbolsevərlər yeni mövsümdə oyunlara hansı kanalda baxa biləcək?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018/2019 futbol mövsümü bu həftədən etibarən başlayır. Azərbaycan da daxil olmaqla, İngiltərə, Fransa, Hollandiya, Portuqaliya kimi ölkələrdə yeni mövsümün çempionatına start veriləcək. Təbii ki, ekran qarşısından oyunları seyr etməyi sevən tamaşaçıları Avropanın mötəbər turnirlərini hansı telekanallardan izləyəcəyi maraqlandırır.

Oxu.Az xəbər verir ki, bu mövsüm Azərbaycan Premyer Liqasının oyunları “CBC Sport” telekanalında olacaq.

Bundan başqa, telekanal əvvəllər “İdman Azərbaycan”ın yayımladığı İspaniya La Liqası, eləcə də, UEFA Çempionlar Liqası və Avropa Liqasının görüşlərini göstərəcək. Bundan başqa, sentyabrdan millimizin mübarizə aparacağı Millətlər Liqası və Avropa çempionatının seçmə mərhələsinin oyunları “CBC Sport”da olacaq. Halbuki əvvəllər qitə çempionatının seçmə mərhələsinin oyunlarının yayım hüququ “İctimai” televiziyada idi.

Yeri gəlmişkən, “CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasovun bu məsələ ilə bağlı fikirlərini öyrəndik. O, başqa layihələrin də bu mövsüm onların telekanalında yayımlanacağını bildirdi:

“Kanalımız tenderdə iştirak edərək Çempionlar Liqası və Avropa Liqasının yayım hüququna üç illik yiyələndi. Minimum üç il ərzində bu turnirin bütün oyunları bizdə yayımlanacaq. Bundan başqa, 2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsi də, böyük ehtimalla, bizim telekanal vasitəsilə yayımlanacaq.

Artıq bu məsələ ilə bağlı hər şey müsbətə doğru tamamlanmaq üzrədir. Həmçinin ötən mövsüm göstərdiyimiz İtaliya A Seriyasının oyunları da yenidən bizim telekanalda ola bilər. Hazırda bu yöndə işlər aparılır”.

Qeyd edək ki, dövlət telekanalı AzTV-nin nəzdində fəaliyyət göstərən “İdman Azərbaycan”la da əlaqə saxladıq. Bu telekanal əvvəlki kimi, İngiltərə Premyer Liqası və Almaniya Bundesliqasının görüşlərini yayımlamaqda davam edəcək.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri