13 
Avq
2018
01:15
39
140
6299
Virtual karabakh

Millimiz debütdə şübhəli penalti ilə uduzdu - FOTO

13 Avq, 2018
01:15
6299

Millimiz debütdə şübhəli penalti ilə uduzdu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Minifutbol üzrə milli komandamız Avropa çempionatında debütünü rəsmiləşdirib.

Oxu.Az xəbər verir ki, komandamız yer aldığı qrupun ilk matçında Macarıstan yığması ilə qarşılaşıb. 

Hissənin əvvəlində komandamızın üzvü İlkin Hacıyev təhlükəli zərbə ilə rəqibi həyacanlandırıb. Daha sonra Asif Zeynalovun zərbəsini qapıçı dəf edə bilib. Təəssüf ki, daha sonra İlkin Hacıyev əzələsini dartaraq oyunu yarımçıq dayandırmalı olub. 

İkinci yarının yeddinci dəqiqəsində isə monteneqrolu hakim qapımıza şübhəli penalti təyin edib. Zərbəni dəqiq yerinə yetirən Ferents Bereş matçdakı yeganə qolun müəllifi olub.

Komandamızın səylərinə baxmayaraq, oyunda hesab dəyişməyib və millimiz ilk matçında güclü rəqibinə 0:1 hesabı ilə məğlub olub.

Azərbaycan: 12. Ramil Həsən-Zadə (Q), 7. İlkin Hacıyev, 8. Renat Sultanov, 10. Seymur Məmmədov (K), 11.Elvin Əlizadə, 14. Asif Zeynalov.

Ehtiyat: 1. Seymur Baydamirov (Q), 4. Cavid Rəcəbov, 9. Orxan Məmmədov, 17. Vüsal İsayev, 19. Eyyub Əfəndiyev, 20. Emil Əliyev, 77. Zaur Əliyev, 95. Elvin Bayramov.

Baş məşqçi: Elşad Quliyev.

Komandamızın növbəti oyunu avqustun 13-ü Bakı vaxtilə saat 22:00-da son dünya çempionu Çexiya komandasına qarşı olacaq.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri