21 
Avq
2018
17:41
112
24
2461
Virtual karabakh

Yaponiya millisi Bakıya iki Olimpiya çempionu olmadan gələcək

21 Avq, 2018
17:41
2461

Yaponiya millisi Bakıya iki Olimpiya çempionu olmadan gələcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cüdo üzrə Yaponiya millisinin sentyabrın 20-da Bakıda start götürəcək dünya çempionatı üçün heyəti açıqlanıb.

Oxu.Az xəbər verir ki, yarışın favoritlərindən sayılan gündoğar ölkə təmsilçisi Azərbaycana 22 cüdoçu ilə gələcək.

Onlardan yeddisi ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatında fərdi, dördü isə komanda yarışlarının qalibi olub.

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış kişi çüdoçular Shohei Ono (73 kq) və Mashu Baker (90 kq), həmçinin qadın cüdoçu Haruka Tatimoto (70 kq) Bakıya gətirilməyəcək.

Kişilərin mübarizəsində doqquz cüdoçu – Naohisa Takato, Ryucu Naqayama (hər ikisi 60 kq), Hifumi Abe (66 kq), Soiçi Hashimoto (73 kq), Sotaro Fudzivara (81 kq), Kenta Naqasava (90 kq), Aaron Volf (100 kq), Yusei OqavaHisayoshi Harasava (hər ikisi +100 kq) iştirak edəcək.

Qadınlardan ibarət komandanın heyətində də doqquz cüdoçu – Funa Tonaki (48 kq), Ay Shishime, Uta Abe (52 kq), Miku Tasiro (66 kq), Sukasa Yoshida (57 kq), Yoko Ono, Tidzuru Arai (70 kq), Shori Hamada (78 kq) və Sara Asaxina (+78) yer alıb.

Bakıdakı dünya çempionatında Yaponiya millisi qarışıq yarışlarda dörd cüdoçu – Momo Tamaoki (57 kq), Akira Sone (70 kq), Arata Tatsukava (73 kq) və Shoiçiro Mukai (90 kq) təmsil olunacaq.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunacaq dünya çempionatı sentyabrın 27-dək davam edəcək.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri