27 
Avq
2018
11:07
12
6
1510
Virtual karabakh

U-17 yığmamız “Prezident kuboku”nda finala çıxıb

27 Avq, 2018
11:07
1510

U-17 yığmamız “Prezident kuboku”nda finala çıxıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması (U-17) Qazaxıstanda təşkil olunan ənənəvi “Prezident kuboku” turnirində finala çıxıb.

Oxu.Az xəbər verir ki, U-17 Qazaxıstan yığması ilə qarşılaşıb və heç-heçə edib – 1:1.

Yığmamızın heyətində Qurban Qurbanovun oğlu Musa Qurbanlı fərqlənib.

Bu nəticədən sonra qrupda I yeri tutan komandamız finala vəsiqə qazanıb. Sabah saat 15:00-da keçiriləcək final oyununda yığmamızın rəqibi digər qrupun qalibi – Krasnodar Futbol Akademiyasının U-17 komandası olacaq.

Qeyd edək ki, Ramin Quliyevin yetirmələri qrupun ilk oyununda Qırğızıstanı 3:0 məğlub etmişdi.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri