30 
Avq
2018
17:20
50
287
6845
Virtual karabakh

Bukmekerlər: “Qarabağ” “Şerif”i keçə bilməyəcək

30 Avq, 2018
17:20
6845

Bukmekerlər: “Qarabağ” “Şerif”i keçə bilməyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”-“Şerif” matçının favoriti açıqlanıb.

Oxu.Az xəbər verir ki, bukmekerlər “Şerif”in qələbəsinə 6.90 verirlər.

“Qarabağ”ın qələbəsi 1.64 əmsalla qiymətləndirilir. 90 dəqiqədən sonra qeydə alınan heç-heçəyə görə əmsal 3.60-dır.

Matçın qollu keçəcəyi hesab edilmir. Ona görə də üst əmsal (iki topdan çox qol vurularsa) 2,55, alt əmsal (iki və daha az top vurularsa) 1.55 verilib.   

Hər iki komandanın qol vurmasına inananlar 2.55-ə pul atmalıdırlar. “Qarabağ”ın qol buraxmadan qələbəsi 2.30 dəyərləndirilir.

“Qarabağ”ın ilk hissədə qələbəsi 2.40-dır. Ən inandırıcı hesab olan meydan sahiblərinin 1:0-lıq qələbəsi 5.00 əmsaldır.

“Qarabağ”ın keçməsi 2.23, “Şerif”in mərhələ adlaması üçün isə 1.67 əmsalı verilib.

S.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri