“Formula 1” Azərbaycan Qran Prisinin tarixi açıqlandı - TƏQVİM
“Formula 1” Azərbaycan Qran Prisinin tarixi açıqlandı - TƏQVİM
2019-cu ildə Bakıda keçirilən “Formula 1” Azərbaycan Qran Prisinin tarixi açıqlanıb.
Oxu.Az “Formula 1”-in rəsmi saytına istinadən xəbər verir ki, 2019-cu ildə keçiriləcək yarışın ilkin təqvimi açıqlanıb.
İlkin təqvimə əsasən, Bakıda növbəti “Formula 1” yarışı gələn il aprelin 28-də keçiriləcək. Lakin yekun təqvim Beynəlxalq Avtomobil Federasiyasının (FIA) oktyabrın 12-də keçirəcəyi Dünya Motor İdmanı Şurasının iclasında təsdiq olunacaq.
Tarix |
Qran Pri |
Yer |
17 mart |
Avstraliya |
Melburn |
31 mart |
Bəhreyn |
Saxir |
14 aprel |
Çin |
Şanxay |
28 aprel |
AZƏRBAYCAN |
BAKI |
12 may |
İspaniya |
Barselona |
26 may |
Monako |
Monako |
9 iyun |
Kanada |
Monreal |
23 iyun |
Fransa |
Le Kastelle |
30 iyun |
Avstriya |
Şpilberq |
14 iyul |
Böyük Britaniya |
Silverston |
28 iyul |
Almaniya |
Hokenhaym |
4 avqust |
Macarıstan |
Budapeşt |
1 sentyabr |
Belçika |
Spa |
8 sentyabr |
İtaliya |
Monsa |
22 sentyabr |
Sinqapur |
Sinqapur |
29 sentyabr |
Rusiya |
Soçi |
13 oktyabr |
Yaponiya |
Suzuka |
27 oktyabr |
Meksika |
Mexiko |
3 noyabr |
ABŞ |
Ostin |
17 noyabr |
Braziliya |
San Paulu |
1 dekabr |
Əbu Dabi |
Yas Marina |
Qeyd edək ki, 27-29 aprel 2018-ci il tarixlərində Bakıda keçirilən “Formula 1” Azərbaycan Qran Prisinin qalibi “Mercedes” komandasının pilotu Luis Hamilton olub.
Səbuhi MUSAYEV
www.oxu.az