Sen
2018
22:48
145
47
6542
Virtual karabakh

“Barselona”nın oyununda on qol vuruldu

2 Sen, 2018
22:48
6542

“Barselona”nın oyununda on qol vuruldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniya La Liqasının III turunun Kataloniyada keçirilən “Barselona” – “Ueska” görüşündə on qol vurulub.

Oxu.Az xəbər verir ki, görüş meydan sahiblərinin 8:2 hesablı qələbəsi ilə başa çatıb.

Baxmayaraq ki, üçüncü dəqiqədə hesabı qonaqlardan Xuan Kamilo Ernandes açıb. Bu görüşdə “Barselona”nın qollarını Lionel Messi, Luis Suares (hər ikisi iki qol vurub), Usman Dembele, İvan RakitiçJordi Alba vurub. Daha bir qol qonaqların öz qapısına vurması nəticəsində gerçəkləşib.  

Qeyd edək ki, “Barselona” doqquz xalla Madrid “Real”ı ilə birgə ilk sırada qərarlaşıb. “Ueska” isə dörd xalla XIII sıradadır.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri