Sen
2018
17:37
186
18
2351
Virtual karabakh

Güləş millilərimiz Belarusda turnirdə iştirak edəcəklər

3 Sen, 2018
17:37
2351

Güləş millilərimiz Belarusda turnirdə iştirak edəcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığmamız dünəndən Göygöldə növbəti təlim-məşq toplanışına başlayıb. 

Oxu.Az xəbər verir ki, sentyabrın 15-dək davam edəcək hazırlıq prosesində baş məşqçi Şaban Donat, məşqçilər Rövşən Bayramov, Emin ƏhmədovTurac Hüseynlinin rəhbərliyi altında iyirmi güləşçi iştirak edir.

Qeyd edək ki, toplanış başa çatdıqdan sonra millimiz Belarusa yollanacaq. Komandamız sentyabrın 17-dən 19-dək Minskdə keçiriləcək Oleq Karavayevin xatirə turnirində iştirak edəcək.

Qadınlardan ibarət yığmamız isə sabahdan Minskdə təlim-məşq toplanışına başlayacaq.

On gün davam edəcək hazırlıq prosesində baş məşqçi Aslan AğayevRövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) iştirak edəcək.

Toplanış başa çatdıqdan sonra millimiz sentyabrın 14-16-da Minskdə üçqat olimpiya çempionu Aleksandr Medvedin şərəfinə keçiriləcək beynəlxalq turnirdə qüvvəsini sınayacaq. 

Görüşlərin idarə edilməsində ölkəmizi İ-S kateqoriyalı hakim İntiqam Alıyev təmsil edəcək.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri