Sen
2018
20:30
236
31
4006
Virtual karabakh

Azərbaycanın olimpiadaya qazandığı lisenziyaların sayı 17-yə çatdı - SİYAHI

5 Sen, 2018
20:30
4006

Azərbaycanın olimpiadaya qazandığı lisenziyaların sayı 17-yə çatdı - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına Azərbaycanın qazandığı lisenziyaların sayı 17-yə çatıb. 

Milli Olimpiya Komitəsindən Oxu.Az-a verilən məlumata görə, lisenziyalar 9 idman növü üzrə əldə edilib. 

Hələlik olimpiadaya üzgüçü Fatimə Alkərəmova (bütün yarış növləri), stolüstü tennisçi Ninq JinqYu Xinhanq, taekvondoçular Minayə Əkbərova (44 kq) və Cavad Ağayev (63), boksçular Nurlan Səfərov (60 kq) və Nicat Həsənov (69 kq), sərbəst güləşçilər Turan Bayramov (65 kq) və Şəhanə Nəzərova (43 kq), gimnastlar Yelizaveta LuzanSəməd Məmmədli, cüdoçular Vüsalə Kərimova (44 kq) və Vüqar Talıbov (66), ağırlıqqaldıranlar Tamerxan Babayev (85 kq) və Lalə Rzazadə (58 kq), atletlər Rüstəm MəmmədovFəxriyyə Tağızadənin yollanacağı rəsmiləşib.

Qeyd edək ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunları 6-18 oktyabrda təşkil olunacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri