Sen
2018
23:54
639
20
6807
Virtual karabakh

Ramil Quliyev bir gündə iki medal qazandı

8 Sen, 2018
23:54
6807

Ramil Quliyev bir gündə iki medal qazandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çexiyanın Ostrava şəhərində keçirilən atletika üzrə Kontinental Kubokuna bu gün start verilib.

Oxu.Az xəbər verir ki, qitələrarası turnir sayılan bu yarışda Türkiyəni təmsil edən azərbaycanlı qaçışçı Ramil Quliyev də iştirak edir.

Bu gün 4x100 metr estafet yarışında Əmrə Zafer Barnes, Jak Ali Harvi, Yiğitcan HəkimoğluRamil Quliyevdən ibarət Avropa komandası gümüş medal qazanıb. Onlar 38.96 saniyəyə finişə çatıblar. I yerə 38.05 göstərici ilə Amerika komandası yiyələnib. Bürünc medalları isə Asiya-Pasifik komandası 39.55 göstərici ilə qazanıb.

Qeyd edək ki, Ramil Quliyev bu gün 200 metr məsafəyə qaçışda da gümüş medal qazanıb. O, 20.28 saniyəyə finişə çatıb. Panamalı Alonso Edvard 20.19 saniyə ilə I, ekvadorlu Aleks Kvinones 20.36 saniyə göstərici ilə III yeri tutub.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri