13 
Sen
2018
18:04
16
4
2259
Virtual karabakh

“Şaxtyor”un Çempionlar Liqası keçirəcəyi stadiondan köstəbək çıxdı – FOTO

13 Sen, 2018
18:04
2259

“Şaxtyor”un Çempionlar Liqası keçirəcəyi stadiondan köstəbək çıxdı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Çempionlar Liqasında çıxış edən Ukraynanın “Şaxtyor” klubunun ev oyunlarını keçirəcəyi Xarkovdakı stadiondan köstəbək tapılıb.

Oxu.Az xəbər verir ki, köstəbək künc bayrağının yaxınlığında qazıntı aparıb və qazona ziyan vurub.

Lakin artıq köstəbək klub əməkdaşları tərəfindən tutulub və qazona dəymiş zərər aradan qaldırılıb. Bu barədə “Şaxtyor”un sosial şəbəkədəki hesablarından birində məlumat verilib.

Qeyd edək ki, “Şaxtyor” bu stadionda sentyabrın 19-da Çempionlar Liqasında Almaniyanın “Hofenhaym” klubunu qəbul edəcək.

Səbuhi MUSAYEV
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri