19 
Sen
2018
01:10
371
23
8899
Virtual karabakh

“Qalatasaray”dan Çempionlar Liqasına mükəmməl başlanğıc

19 Sen, 2018
01:10
8899

“Qalatasaray”dan Çempionlar Liqasına mükəmməl başlanğıc

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Çempionlar Liqasında ilk dörd qrupun oyunları başa çatıb.

Oxu.Az xəbər verir ki, Türkiyənin “Qalatasaray” klubu turnirə böyük hesablı qələbə ilə başlayıb.

İstanbulda Moskva “Lokomotiv”i ilə qarşılaşan “Qalatasaray” qonaq komandanı üç dəfə meydanın mərkəzinə dəvət edib. Matçın 9-cu dəqiqəsində hesabı Qarri Rodriqes açıb. Eren Derdiyok 67-ci dəqiqədə hesab arasındakı fərqi ikiyə çatdırıb, Səlcuk İnan isə oyunun sonunda penaltidən “Qalatasaray”ın üçüncü qolunu vurub.

A qrupu

“Brüqqe” (Belçika) – “Borussiya” D (Almaniya) 0:1

“Monako” (Fransa) – “Atletiko” (İspaniya) 1:2

C qrupu

“Srvena Zvezda” (Serbiya) – “Napoli” (İtaliya) 0:0

“Liverpul” (İngiltərə) – PSJ (Fransa) 3:2

D qrupu

“Qalatasaray” (Türkiyə) – “Lokomotiv” (Rusiya) 3:0

“Şalke” (Almaniya) – “Portu” (Portuqaliya) 1:1

Qeyd edək ki, bu gün E, F, G və H qruplarında oyunlar baş tutacaq.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri