24 
Sen
2018
14:45
21
10
2282
Virtual karabakh

Rafael Ağayev, Fərid Mansurov, Namiq Abdullayev futbol oynayacaq

24 Sen, 2018
14:45
2282

Rafael Ağayev, Fərid Mansurov, Namiq Abdullayev futbol oynayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xüsusi Olimpiya Hərəkatının əlli illiyi ilə əlaqədar olaraq Bakıda futbol yarışı keçiriləcək.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, sabah saat 15:00-da Bakı İdman Sarayında başlayacaq yarışda üç komanda – Azərbaycan, dünya və Avropa Xüsusi Olimpiya Komitələrinin komandaları mübarizə aparacaq.

Bu yarışda veteran idmançılarımız da futbol oynayacaq. Bunlar sabiq güləşçilər – Fərid Mansurov, Namiq Abdullayev, karateçi Rafael Ağayev, sabiq taekvondoçu Niyaməddin Paşayev və sabiq futbolçu İsgəndər Cavadovdur. 

Bundan başqa, “Qarabağ” klubuna da müraciət edilib. Bu klubun veteranlarından biri də bu yarışda mübarizə aparacaq.

Qeyd edək ki, bu tədbirlər çərçivəsində futbol üzrə ikiqat dünya çempionu Kafu sabah axşam Bakıya gələcək.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri