29 
Sen
2018
10:48
127
19
4022
Virtual karabakh

“Beşiktaş”ın futbolçusu millimizdən dəvət gözləyir

29 Sen, 2018
10:48
4022

“Beşiktaş”ın futbolçusu millimizdən dəvət gözləyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Hüseyin Seyliğli Azərbaycan millisindən dəvət gözləyir.

Bu barədə Oxu.Az-a futbolçunun özü məlumat verib:

“Mən 14 yaşımdan bəri Azərbaycanın aşağı yaş qruplarından ibarət millidə çıxış etmişəm. Azərbaycan millisində çıxış etmək mənim üçün qürurverici hissdir. “Beşiktaş”ın əsas komandası ilə “Altınordu”ya qarşı start heyətdə meydana çıxdım.

Təəssüf ki, həmin matçda zədələndim. MRT zamanı yırtıq aşkarlandı. Üç həftə oynamayacağım bəlli oldu. Amma sağaldıqdan sonra Rəşad Sadıqovdan U-21 millisinə dəvət gözləyirəm”.

Qeyd edək ki, Hüseyin Seyliğli sonuncu dəfə ötən il 19 yaşadək millimizin seçmə mərhələsində çıxış edib.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri