Okt
2018
16:49
58
147
5789
Virtual karabakh

Portuqaliya millisi Ronaldusuz qaldı

4 Okt, 2018
16:49
5789

Portuqaliya millisi Ronaldusuz qaldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Portuqaliya millisi builki matçlarını Kriştianu Ronaldusuz keçirəcək.

Oxu.Az xəbər verir ki, buna səbəb Ronaldunun indiki klubu “Yuventus”a daha çox diqqət ayırması olub.

Qeyd edək ki, Portuqaliya millisi bu ay 11-də UEFA Millətlər Liqası çərçivəsində Polşa və üç gün sonra Şotlandiya ilə yoldaşlıq oyunu keçirəcək. Hər iki matç səfərdə olacaq. Portuqaliyalılar noyabrın 17-də İtaliya və 20-də Polşa ilə Millətlər Liqasının son qrup matçlarına çıxacaqlar.

Xatırladaq ki, Portuqaliya millisi Kriştianu Ronaldusuz sentyabrın 6-da dünya çempionatının finalçısı Xorvatiya ilə yoldaşlıq (1:1) və həmin ayın 10-da İtaliya ilə Millətlər Liqası matçına (1:0) çıxmış və məğlub olmamışdı.     

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri