Okt
2018
13:44
49
309
9279
Virtual karabakh

“Arsenal” futbolçularının yemək verdiyi pişik satılır - FOTO

5 Okt, 2018
13:44
9279

“Arsenal” futbolçularının yemək verdiyi pişik satılır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Arsenal” futbolçularının Bakı Olimpiya Stadionunda “Qarabağ” ilə oyundan öncə məşq zamanı əlləri ilə yedizdirdikləri pişik satışa çıxarılıb.

Oxu.Az-ın xəbərinə görə, müvafiq elan Tap.Az saytında yerləşdirilib.

London klubunun futboçuları - türk əsilli Məsut Özil və boşnak əsilli Sead Kolaşinatsinin foto çəkdirdiyi pişik 42 manat 50 qəpiyə satılır.

“”Arsenal” futbolçularının əlləri ilə verdiyi yeməyi yeyən pişik satılır. Futbol oynamağı bacarır. Pişik hazırda Ağdamdadır”, - deyə elanda bildirilir.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma “Qarabağ”- “Arsenal”ın matçı qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

London təmsilçisinin heyətində Sokratis Papastatopulos, Emil Smit-RouvMatteo Guendouzi müvafiq olaraq 4, 53 və 80-ci dəqiqələrdə fərqləniblər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri