10 
Okt
2018
11:38
373
27
10140
Virtual karabakh

Makqreqorun məşqçisi Nurməhəmmədovu dəstəklədi

10 Okt, 2018
11:38
10140

Makqreqorun məşqçisi Nurməhəmmədovu dəstəklədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

MMA üzrə döyüşçü Konor Makqreqorun məşqçisi Con Kavana “PowerfulJRE” YouTube-kanalına müsahibəsində irlandiyalı ilə döyüşdən sonra Həbib Nurməhəmmədovun davasını şərh edib. 

Oxu.Az bununla bağlı Lenta.ru-ya istinadla məlumat yayıb. 

“Ümid edirəm ki, Nevada İdman Komissiyası Həbibi cəzalandırmayacaq. Təkcə Konorla revanş üçün deyil, sadəcə onun döyüşməsi mənim xoşuma gəlir. Onun reaksiyasını başa düşdüm, ancaq yoldaşlarının yox. Həbib sadəcə oktaqondan atılıb, bu, dünyanın axırı deyil”, - məşqçi deyib. 

Onun sözlərinə görə, Makqreqorun digər məşqçisi Dilon Denis Nurməhəmmədovun komandasına toxunmaq istəməyib. 

“Mən Dillonun yanında dayanmışdım. Mən onun nə etdiyini görmürdüm, ancaq dəqiq bilirəm ki, pis heç nə deməyib. Ancaq başa düşdüm ki, o, Həbibi təhrik etdi”

Qeyd edək ki, dağıstanlı Həbib Nurməhəmmədov oktyabrın 6-da Las-Veqasda keçirilən döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Döyüşdən sonra Nurməhəmmədov oktaqondan kənara atılıb və Konorun məşqçisi Dilon Denisi onun dinini təhqir etdiyinə görə döyüb.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri