11 
Okt
2018
09:24
316
14
2990
Virtual karabakh

Olimpiadada Azərbaycan daha bir qızıl medal qazandı

11 Okt, 2018
09:24
2990

Olimpiadada Azərbaycan daha bir qızıl medal qazandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Argentinanın paytaxtı Buenos Ayresdə keçirilən Yeniyetmələrin III Olimpiya Oyunlarında Azərbaycan daha bir qızıl medal qazanıb.

Oxu.Az xəbər verir ki, qrup üzrə lent yarışlarında bədii gimnastımız Yelizaveta Luzan komanda hesabında I yeri tutub.

Olimpiya Oyunlarının yeni formatına əsasən gimnastika növləri üzrə təmsilçilər yalnız fərdi hesabda mübarizə aparmırlar. Bu dəfə onlar ulduz gimnastların adlarını daşıyan 12 komandaya bölünüb.

Məhz elə birinciliyi əldə edən dördqat Olimpiya çempionu Simona Baylzın komandasında bizim gimnastla bərabər idman gimnastikası, bədii gimnastika, batut və akrobatika növləri üzrə gimnastlar yer alıb. Onlar fərdi çıxışlarına görə əldə etdikləri xal hesabı ilə komandalarına qızıl medalı qazandırıblar.

Qeyd edək ki, bundan əvvəl cüdoda Vüqar Talıbov qızıl və taekvondoda Cavad Ağayev bürünc medal qazanmışdı. 

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri