15 
Okt
2018
01:30
250
12
7145
Virtual karabakh

Azərbaycan Olimpiadada ikinci qızıl medalını qazandı - YENİLƏNİB

15 Okt, 2018
01:30
7145

Azərbaycan Olimpiadada ikinci qızıl medalını qazandı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

65 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Turan Bayramov Argentinanın paytaxtı Buenos Ayresdə keçirilən Yeniyetmələrin III Olimpiya Oyunlarının qızıl medalını qazanıb.

Oxu.Az xəbər verir ki, idmançımız finalda iranlı Məhəmməd Baqi Kərimiseyfabada 6:1 hesabı ilə qalib gəlib və Olimpiya çempionu olub.

Qeyd edək ki, daha əvvəl cüdoçu Vüqar Talıbov qızıl, ağırlıqqaldıran Tərmenxan Babayev gümüş və taekvondoçu Cavad Ağayevlə güləşçi Şahanə Nəzərova bürünc medal qazanıb.

22:07

Argetinanın paytaxtı Buenos Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında güləş yarışlarına bu gün yekun vurulur. 

Oxu.Az xəbər verir ki, sərbəst güləşçimiz Turan Bayramov (65 kq) mübarizəyə A qrupunda start verib. 

Dünya və Avropa çempionu ilk görüşdə Yeni Zelandiya təmsilçisini elə ilk hissədə çətinlik çəkmədən məğlub edib. Bayramov Pakistan güləşçisinə də rahat qalib gəlib və A qrupunda I yeri tutub.

Beləliklə, Turan Olimpiadanın finalına vəsiqə qazanıb.

Həmyerlimiz finalda B qrupunun qalibi olan iranlı pəhləvanla qarşılaşacaq. Bu görüş 00.40-da start götürəcək.

Qeyd edək ki, idmançımızın finala çıxması o deməkdir ki, Azərbaycan ən azı gümüş medalı özü üçün təmin edib.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri