19 
Okt
2018
20:52
42
67
4728
Virtual karabakh

Dörd güləşçimizin dünya çempionatındakı rəqibləri məlum oldu

19 Okt, 2018
20:52
4728

Dörd güləşçimizin dünya çempionatındakı rəqibləri məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı start götürəcək.

Oxu.Az xəbər verir ki, bu gün yarışın keçiriləcəyi “Laslo Papp” İdman Sarayında dörd kateqoriyada mübarizə aparacaq sərbəst güləşçilərin püşkatma mərasimi keçirilib.

61, 74, 86 və 125 kiloqram çəki dərəcəsində çıxış edən pəhləvanların ilk rəqibləri müəyyənləşib. Yığmamızın üzvlərindən ikisi təsnifat, ikisi isə 1/16 final mərhələsindən mübarizəyə başlayacaq.

61 kq Təsnifat. Pərviz İbrahimovSkot Şiler (Kanada)

74 kq 1/16 final. Əbubəkr AbakarovHanok Raşamin (İsrail)

86 kq 1/16 final. Murad SüleymanovQuma Bəşir (Sudan)

125 kq Təsnifat. Camaləddin Məhəmmədov – Nik Matyuxin (Almaniya)

Qeyd edək ki, görüşlər sabah Bakı vaxtı ilə saat 12.30-da start götürəcək.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri