Azərbaycanlı MMA döyüşündə rusiyalıya qalib gəldi - VİDEO
Azərbaycanlı MMA döyüşündə rusiyalıya qalib gəldi - VİDEO
Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb.
Oxu.Az xəbər verir ki, idmançımız “Fight Nights Global 90” çərçivəsinə qüvvəsini sınayıb.
24 yaşlı təmsilçimiz Rusiyanın paytaxtı Moskvadakı “MOİK Arena”da keçirilən yarışda Mixail Qoqitidze ilə üz-üzə gəlib.
Yüngül çəki dərəcəsində baş tutan döyüş Abbasovun Rusiyanı təmsil edən gürcü rəqibi üzərində qələbəsi ilə başa çatıb. İdmançımız artıq ilk raundda rəqibini texniki nokautla məğlub edib.
Sərbəst güləş üzrə millimizin sabiq üzvü, 2009-cu ilin Avropa çempionu olmuş Əli İsayev də bu yarışda çıxış edib. Ağırçəkililər arasında çıxış edən İsayev ilk raundda Aleksandr Qladkovu nokauta salıb. Reytinqdə VII olan dağıstanlı sabiq güləşçi bu turnirdə üçüncü qələbəsini qazanıb.
Səbuhi MUSAYEV
www.oxu.az