21 
Okt
2018
01:27
78
265
6437
yuxarı
Azərbaycan sablyaçısı Türkiyədə bürünc medal qazandı - FOTO
21 Okt, 2018
01:27
6437
78
265
Azərbaycan sablyaçısı Türkiyədə bürünc medal qazandı - FOTO
Türkiyənin Antalya şəhərində qılıncoynatma üzrə "B" kateqoriyalı "Satellite" turnirinə yekun vurulub.
Oxu.Az xəbər verir ki, sablya üzrə qadınlardan ibarət yığma komandamızın üzvü Səbinə Kərimova turnirin bürünc medalını qazanıb.
Digər təmsilçilərimizdən turnirin 1/4 finalına kimi irəliləyən Sevil Bünyatova yarışı V sırada tamamlayıb. Mübarizəni 1/8 finalda dayandıran Sevinc Bünyatova da ilk 10-luqda yer almağı bacarıb.
6 ölkədən 27 sablyaçının yarışdığı turnirdə Aysel Əhədova XIV, Nərminə Cəfərova isə XXI sırada qərarlaşıb.
Səbuhi MUSAYEV
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək