22 
Okt
2018
10:13
140
23
3065
Virtual karabakh

İdmançılarımız Olimpiadadan qayıtdılar - FOTO

22 Okt, 2018
10:13
3065

İdmançılarımız Olimpiadadan qayıtdılar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Argentinanın paytaxtı Buenos Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları bu gün gecə saatlarında Azərbaycana qayıdıblar.

Oxu.Az xəbər verir ki, olimpiyaçıları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında onların ailə üzvləri və idman ictimaiyyətinin nümayəndələri təntənə və gül-çiçəklə qarşılayıb.

National Olympic Committee of Azerbaijan adlı şəxsin şəkli.National Olympic Committee of Azerbaijan adlı şəxsin şəkli.

17 idmançı ilə Olimpiadaya yollanmış milli komandamız ikisi qızıl, biri gümüş və üçü bürünc olmaqla, altı medal qazanıb. Qızıl medalları Azərbaycanın aktivinə cüdoçu Vüqar Talıbov (66 kq) və sərbəst güləşçi Turan Bayramov (65 kq) yazdırıb. Ağırlıqqaldırma yarışında çıxış edən Tərmenxan Babayev (85 kq) Olimpiadanın gümüş medalına sahib olub. 

Bürünc medallara isə taekvondoçu Cavad Ağayev (63 kq), boksçu Nurlan Səfərov (60 kq) və güləşçi Şahanə Nəzərova (43 kq) layiq görülüb. Bədii gimnastımız Yelizaveta Luzanın Olimpiadada qarışıq komandanın tərkibində qazandığı qızıl medal millimizin aktivinə yazılmayıb. Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən, onun medalı ümumi sıralamada komandamızın hesabında göstərilməyib.

Beləliklə, Azərbaycan milli komandası Olimpiadanın medal sıralamasında XXXIV yeri tutub.

Qeyd edək ki, Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarına 2022-ci ildə Seneqalın paytaxtı Dakar ev sahibliyi edəcək.

S.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri