27 
Noy
2018
13:44
105
39
7388
Virtual karabakh

Bakı Metropoliteni “Qarabağ” klubunun müraciətini cavablandırıb

27 Noy, 2018
13:44
7388

Bakı Metropoliteni “Qarabağ” klubunun müraciətini cavablandırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Metropoliteni Avropa Liqasının V turunda Portuqaliya “Sportinq”i ilə qarşılaşacaq “Qarabağ” klubunun müraciətini cavablandırıb. 

Oxu.Az Report-a istinadən məlumat verir ki, bu barədə metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, “Koroğlu” stansiyasının girişi görüşdən sonra zərurət olduğu qədər açıq olacaq. 

Qeyd edək ki, noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 21:55-də başlanacaq. Görüşün sonu gecə yarısına təsadüf edəcəyindən, klub azarkeşlərin rahat şəkildə ünvanlarına çatması üçün metronun bir saat gec - saat 01:00-da bağlanması xahişi ilə Bakı Metropoliteninə müraciət edib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri