29 
Noy
2018
09:28
62
29
5618
Virtual karabakh

“Qarabağ” üçün həlledici oyun - PREVYU

29 Noy, 2018
09:28
5618

“Qarabağ” üçün həlledici oyun - PREVYU

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçiriləcək. 

Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” E qrupunda son ev matçına çıxacaq.

Qurban Qurbanovun yetirmələrinin rəqibi Avropanın tanınmış klublarından, Portuqaliyanın üç nəhəngindən biri olan “Sportinq”dir.

Komandamız qrupun Lissabonda baş tutmuş ilk oyununda bu rəqibə 0:2 hesabı ilə uduzmuşdu.

Ağdam klubu 1/16 final şansını qorumaq üçün bu matçda mütləq qələbə qazanmalıdır. Rəqibin nisbətən gənc heyətlə buraya gəlməsi də komandamız üçün yaxşı fürsət kimi dəyərləndirilə bilər.

Həmçinin, qrupun digər matçında ikincilik şansını qoruyub-saxlayan Ukraynanın “Vorskla” klubu da artıq “pley-off”a vəsiqəni təmin etmiş “Arsenal”a uduzmalıdır.

Qeyd edək ki, dörd turdan sonra qrupa 10 xalla “Arsenal” başçılıq edir. “Sportinq” yeddi xalla ikinci pillədə qərarlaşıb. Hərəyə üç xal toplayan “Vorskla” və “Qarabağ” isə üçüncü və dördüncü pillələri bölüşdürürlər.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri