30 
Noy
2018
11:42
35
433
11848
Virtual karabakh

Daha bir güləş millimiz İranda dördüncü oldu

30 Noy, 2018
11:42
11848

Daha bir güləş millimiz İranda dördüncü oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın Urmiya şəhərində gənc güləşçilər arasında “Martyrs Cup” turnirinə yekun vurulub.

Oxu.Az xəbər verir ki, sərbəst güləşçilərin ardınca yunan-Roma güləşçilərinin də komanda yarışı başa çatıb.

Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında çıxış edən Zaur Əliyev (-55 kq), Həsən Məmmədli, Əsgər Əlizadə (hər ikisi -60 kq), Zaur Nuriyev (-63 kq), Ruslan Hədisov (-67 kq), Niyaz Ərzumanov (-72 kq), Cavid Miralayev (-77 kq), Aslan Məmmədov (-82 kq), Nəzərşah Fətullayev (-87 kq), Rüfət Məmmədov (-97 kq) və Sərxan Məmmədovdan (-130 kq) ibarət heyət iki qələbə və iki məğlubiyyətlə turniri IV pillədə başa vurub. 

Xatırladaq ki, sərbəst güləşçilərdən ibarət komandamız da yarışda IV yeri tutmuşdu.

II dərəcəli beynəlxalq hakim Vaqif Zeynallı “Martyrs Cup”da həm sərbəstlərin, həm də yunan-Roma güləşçilərinin mübarizəsində ədaləti qoruyub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri