Dek
2018
13:35
42
81
5118
Virtual karabakh

Uaylder qələbəsiz çempion kəmərini saxladı

2 Dek, 2018
13:35
5118

Uaylder qələbəsiz çempion kəmərini saxladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Los-Ancelesdə WBC versiyası üzrə ağır çəkidə dünya çempionu amerikalı boksçu Deontey Uaylderlə sabiq dünya çempionu irlandiyalı Tayson Fyuri ilə döyüş heç-heçə sona çatıb.

Oxu.Az-ın xəbərinə görə, hakimlərdən biri qələbəni Uaylderə (115:111), digəri isə Fyuriyə (114:110) verib, daha bir hakim isə heç-heçə qeydə alıb (113:113). Nəticədə amerikalı boksçu çempion kəmərini özündə saxlayıb.

Qeyd edilir ki, amerikalı boksçu irlandiyalı rəqibini iki dəfə nokdauna göndərib – 9 və 12-ci raundlarda.

Bu D.Uaylderin ilk bərabərliydir. Amerikalı boksçu bundan əvvəlki 40 döyüşün hamısında qələbə qazanıb,  onlardan 39-nu nokautla.

Öz növbəsində Fyuri də peşəkar rinqdə 27 döyüşdə məğlub olmayıb.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri