Dek
2018
11:00
42
86
3887
Virtual karabakh

“Neftçi”də ikinci Mamadu transferi - VİDEO

8 Dek, 2018
11:00
3887

“Neftçi”də ikinci Mamadu transferi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi” PFK qısa zaman kəsiyində daha bir transferi həyata keçirib. 

Oxu.Az xəbər verir ki, seneqallı futbolçu Mamadu Mboc ilə 2,5 illik müqavilə bağlanıb. 

25 yaşlı mərkəz müdafiəçisi bu komandanın heyətində üç nömrəli formanı geyinəcək.

Sonuncu klubu “Jalqiris” (Litva, 2016-2018) olan Mboc “Dakar Sakre Kour” (Seneqal, 2011-2014), “Srvena Zvezda” (Serbiya, 2014-2016), “Napredak” (Serbiya, 2014) komandalarında da çıxış edib. 

“Jalqiris”lə Litva çempionatının (2016), kubokunun (2015/2016, 2016) və Superkubokunun (2016, 2017) qalibi olan Mamadu Mboc Seneqalın U-20 və U-23 milli komandalarının da şərəfini qoruyub.

Qeyd edək ki, “Neftçi” bir neçə gün əvvəl qvineyalı mərkəz yarımmüdafiəçisi Mamadu Kane ilə üç illik müqavilə bağlamışdı.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri