19 
Dek
2018
14:22
88
37
5776
Virtual karabakh

“Mançester Yunayted”in müvəqqəti baş məşqçisi məlum oldu

19 Dek, 2018
14:22
5776

“Mançester Yunayted”in müvəqqəti baş məşqçisi məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərənin “Mançester Yunayted” klubunun müvəqqəti baş məşqçisinın adı rəsmən açıqlanıb.

Oxu.Az xəbər verir ki, Ule Qunar Sulşer cari mövsümün sonunadək bu komandaya baş məşqçi təyin olunub.

Onu Norveçin xanım baş naziri Erna Sulberq bu münasibətlə təbrik edib.

Juze Mourinyunun məşqçilər heyətində yer almış Maykl KerikKiran Makkena norveçli mütəxəssislə də çalışmağa davam edəcək. Sulşerin özü ilə “qırmızı şeytanlar”a gətirdiyi yeni köməkçi isə Maykl Felan olacaq.

Ule Qunar Sulşer 1996-2007-ci illərdə bu klubda çıxış edib və karyerasını da burada başa vurub. O, “Mançester Yunayted”lə altı dəfə İngiltərə çempionu, UEFA Çempionlar Liqasının qalibi olub və Qitələrarası kuboku qazanıb.

45 yaşlı Sulşer məşqçiliyə də bu klubda başlayıb. “Mançester Yunayted”in əvəzedici komandasından başqa, Uelsin “Kardif” və Norveçin “Molde” klublarında baş məşqçi olub. 

Qeyd edək ki, Juze Mourinyu dünən klubdan kənarlaşdırılıb. 2016-cı ildə bu klubla üç illik müqavilə bağlamış Mourinyu Mançester klubuna İngiltərə kuboku, Superkubok və UEFA Avropa Liqasını qazandırıb. Lakin cari mövsüm komandanın 26 xalla VI sırada olması və çempionluq yarışından xeyli kənar düşməsi portuqaliyalı məşqçiyə bağışlanmayıb.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri