20 
Dek
2018
00:57
216
55
13069
Virtual karabakh

Həbibin Makqreqorla revanş döyüşünün şərti açıqlandı

20 Dek, 2018
00:57
13069

Həbibin Makqreqorla revanş döyüşünün şərti açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UFC çempionu Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov oğlunun irlandiyalı Konor Makqreqora qarşı revanş döyüşünün şərtlərini açıqlayıb.

Oxu.Az xəbər verir ki, A. Nurməhəmmədov döyüşün yalnız yüksək mükafat fondunun olacağı təqdirdə keçirilə biləcəyini bildirib. 

O qeyd edib ki, mükafat fondu minimum 30 milyon dollar olmalıdır. 

“Buyurun, 30 milyon və sizinlə döyüşəcəyik. Bu, Makqreqora təklifdir. Onunla revanş üçün 15 milyon təklif edirdilər. Nəyə lazımdır? Otuz, uşaqlar, otuz”, - deyə A. Nurməhəmmədov vurğulayıb.

Qeyd edək ki, H. Nurməhəmmədov 2018-ci ilin 6 oktyabr tarixində K. Makqreqoru döyüşün dördüncü raundunda məğlub edib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri