25 
Dek
2018
11:31
84
41
3157
Virtual karabakh

“Qarabağ” Çempionlar Liqasının yüzüncü komandasıdır

25 Dek, 2018
11:31
3157

“Qarabağ” Çempionlar Liqasının yüzüncü komandasıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA 1955-ci ildən indiyə qədər Çempionlar Liqasında (ÇL) çıxış etmiş bütün klubların reytinq cədvəlini açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu siyahıda “Qarabağ”ın da adı var. 

ÇL-in 63 illik tarixi ərzində dördü təsnifat, biri isə qrup mərhələsi olmaqla, ümumilikdə beş dəfə qitənin bir nömrəli klub turnirində mübarizə aparmış “Qarabağ” 33 xalla yüzüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Çempionlar Liqasında otuz oyun keçirən komandamız bu matçların 11-də qələbə qazanıb, 11-də heç-heçə edib. Qurban Qurbanovun komandası səkkiz görüşdə isə məğlub olub.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri