Yan
2019
20:17
254
29
8723
Virtual karabakh

Azərbaycanlı məşqçi Türkiyə klubunda

1 Yan, 2019
20:17
8723

Azərbaycanlı məşqçi Türkiyə klubunda

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı məşqçi Türkiyə klubunda çalışmağa başlayıb.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə İkinci Liqasında çıxış edən “Darıca Gənclərbirliyi” klubu baş məşqçi Müjdat Yalmanla yollarını ayırıb.

Bundan sonra klubun azərbaycanlı sahibi Rauf İsmayılov azərbaycanlı məşqçi Asim İbrahimovu kluba dəvət edib.

Ötən mövsümdə “Adanaspor”da fəaliyyət göstərən İbrahimovun ikinci Türkiyə klubu “Darıca Gənclərbirliyi” olub.

Asim İbrahimov əvvəllər ölkəmizdə MOİK, “Qaradağ Lökbatan”, “İnter”, “Turan” və “Neftçi”, Ukrayna İkinci Liqasını təmsil edən “Podolye” (Xmelnitski) klublarında çalışıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri