Yan
2019
14:30
184
81
7511
Virtual karabakh

Qurban Qurbanovun dünya reytinqindəki mövqeyi açıqlanıb

2 Yan, 2019
14:30
7511

Qurban Qurbanovun dünya reytinqindəki mövqeyi açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov dünya reytinqində 1 pillə irəliləyib.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, 46 yaşlı mütəxəssis 2018-ci ilin yekun siyahısında 1073 xalla 460-cı sırada yer alıb.

Komandası Azərbaycan Premyer Liqasında çıxış edən daha bir mütəxəssis də “minlik”də qərarlaşıb. Bu, “Neftçi”yə rəhbərlik edən Roberto Bordindir. İtaliyalı məşqçi 123 xalla 961-ci pillədə qalıb.

Qeyd edək ki, siyahıya 14840 xalla İspaniyanın “Barselona” komandasının baş məşqçisi Ernesto Valverde başçılıq edir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri