Yan
2019
11:32
162
30
3522
Virtual karabakh

Azərbaycanın üç güləşçisi Hindistan Liqasında çıxış edəcək

5 Yan, 2019
11:32
3522

Azərbaycanın üç güləşçisi Hindistan Liqasında çıxış edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın sərbəst güləşçiləri yenidən Hindistanın Pro Güləş Liqasında (Pro Wrestling League) mübarizə aparacaq.

Oxu.Az xəbər verir ki, yanvarın 14-də başlayacaq dördüncü belə turnirdə bu dəfə də Azərbaycanı üçqat dünya çempionumuz, Olimpiya mükafatçımız, sonuncu Avropa çempionatının qalibi Hacı Əliyev təmsil edəcək.

65 kq çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev bu dəfə ötən il çıxış etdiyi “Dehli Sultanları” komandasında yox, yeni yaradılmış “MP Yodha”nın heyətində mübarizə aparacaq. Bu komandada Azərbaycanın qadın güləş millisinin bolqarıstanlı üzvü Elise Manolova (-62 kq) da çıxış edəcək.

Bundan başqa, qadın millimizin daha bir üzvü Tatyana Omelçenko (-62 kq) da Hindistanda mübarizə aparacaq. Sonuncu Avropa çempionatının bürünc mükafatçısı olmuş ukraynalı legionerimiz “Haryana Hamers” komandasının heyətində yarışlara qatılacaq.

Qeyd edək ki, yanvarın 31-də başa çatacaq turnirdə altı komandanın (hər komandanın tərkibində doqquz güləşçi var – S.M.) iştirakı ilə 18 matç keçiriləcək. Qalib komandaya 19 milyon Hindistan rupisi (461 700 manat) və digər finalçıya 11 milyon rupi (267 300 manat) veriləcək.

Xatırladaq ki, ötən il bu yarışda Azərbaycanı Hacı Əliyevdən başqa, osetin legionerimiz Aslanbəy Alborov təmsil etmişdi.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri