Yan
2019
14:35
22
109
8415
Virtual karabakh

“Sabah”a gələn futbolçu barədə dünənin acı xatirəsi - ARAŞDIRMA

5 Yan, 2019
14:35
8415

“Sabah”a gələn futbolçu barədə dünənin acı xatirəsi - ARAŞDIRMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” klubunun düşərgəsinə anqolalı hücumçu Aleşander Kriştovan adlı futbolçu qoşulub.

Oxu.Az xəbər verir ki, Bakı klubunun baş məşqçisi Elşad Əhmədov toplanış zamanı bu futbolçunu bəyənsə, afrikalı futbolçu ilə müqavilə bağlanacaq.

Lakin bu futbolçu ilə müqavilə bağlamazdan əvvəl onun son çıxış etdiyi Polşanın “Zaqlembye” klubundakı əməlindən hali olması gərəkdir. Məsələ burasındadır ki, vaxtilə Anqola millisində də çıxış etmiş 25 yaşlı hücumçu ötən ay kobud hərəkəti ilə bütün Polşa futbolunda söz-söhbətə səbəb olub.

Polşa çempionatının XVIII turunun dekabrın 8-də baş tutmuş “Poqon” – “Zaqlembye” (1:0) görüşündə Kriştovan 38-ci dəqiqədə meydana daxil olsa da, cəmi 37 dəqiqə meydanda olub. Belə ki, o, hazırda “Barselona”, “Arsenal”, Dortmund “Borusiya”sı kimi klubların diqqət mərkəzində olan 18 yaşlı müdafiəçi Sebastian Valukyeviçin üzərinə çıxıb. Bu, istənilən futbolçu üçün həyati təhlükə demək idi.

Belə kobud hərəkətinə görə afrikalıya əvvəlcə sarı vərəqə göstərilib. Lakin VAR sisteminə baxıldıqdan sonra ona göstərilmiş sarı vərəqə 75-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə əvəzlənib.

Maraqlıdır ki, futbolçu bu hərəkətinə görə rəqibindən üzr istəməyib. Lakin Sosnovyets klubunun prezidenti Martsin Yaroşevski rəsmi sayt vasitəsilə bu hərəkətə görə qarşı tərəfdən üzr istəyib və Kriştovanı həm hərəkətinə, həm də rəqibdən üzr istəmədiyi üçün qınayıb.

Daha sonra bu futbolçu liqanın İntizam Komissiyası tərəfindən on matçlıq cəzalandırılıb və “Zaqlembye” buna görə 20 min zlota (təxminən 9 min manat – S.M.) cərimələnib. Futbolçu isə klubu tərəfindən cərimələnməklə yanaşı, əvəzedici komandaya göndərilib. Həmçinin, Aleşander Kriştovan transferə çıxarılıb.

Buradan belə aydın olur ki, işbaz menecerlər belə futbolçunu “Sabah”a sırımaqla yaxşı pul qazanmaq istəyirlər.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri