Yan
2019
23:45
180
92
6450
Virtual karabakh

“Real” öz meydanında məğlub oldu - VİDEO

6 Yan, 2019
23:45
6450

“Real” öz meydanında məğlub oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Madridin “Real” klubu İspaniya çempionatının 18-ci turunda öz meydanında məğlub olub.

Oxu.Az xəbər verir ki, meydan sahibləri “Real Sosyedad”a 0:2 hesabı ilə uduzublar.

Hesabı oyunun üçüncü dəqiqəsində Villian Joze açıb. O, penalti zərbəsini dəqiq yerinə yetirib.

Ruben Pardo isə 83-cü dəqiqədə komandasının ikinci qolunu vurub.

Oyunun 61-ci dəqiqəsində “Real”ın oyunçusu Lukas Vaskes ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, bu, “Real”ın çempionatda sayca altıncı məğlubiyyətidir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri