17 
Yan
2019
15:55
25
105
4342
Virtual karabakh

Qurban Qurbanov məğlubiyyəti dəyərləndirdi - VİDEO

17 Yan, 2019
15:55
4342

Qurban Qurbanov məğlubiyyəti dəyərləndirdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, “Qarabağ” dünən ilk yoxlama oyununda Macarıstanın “Uypeşt” klubuna 0:1 hesabı ilə məğlub olub. 

Oxu.Az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov qarşılaşmaya belə şərh verib:

“İlk oyunumuz idi. Optimal formadan uzağıq. Düzdür, hava şəraiti də sürətli oyun göstərməyə imkan vermədi. Amma komandada çox şeydən razı qaldım. Hansı ki, futbolçularım verdiyim tapşırıqları yerinə yetirməyə çalışdılar. Amma texniki səhvlər var idi. Bu da normaldır. Düşünürəm ki, növbəti yoxlama matçında daha yaxşı oyun göstərəcəyik”.

Qeyd edək ki, “Qarabağ”ın yoxlama oyununda yeni transferlərdən Rişard Almeyda ilk dəqiqələrdən meydanda olub. Reynaldo isə məşqdə dizindən zədələnib deyə debüt edə bilməyib.

Xatırladaq ki, “Qarabağ” növbəti oyununu yanvarın 19-da Çexiyanın “Bohemians” komandasına qarşı keçirəcək. Həmin matçda Reynaldonun oynayacağı gözlənilir.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri