20 
Yan
2019
23:49
41
51
4076
Virtual karabakh

“Tottenhem” son dəqiqələrdə qələbə qazandı - VİDEO

20 Yan, 2019
23:49
4076

“Tottenhem” son dəqiqələrdə qələbə qazandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Premyer Liqasında 23-cü turun “Fulhem” – “Tottenhem” oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, liqada qalmaq uğrunda mübarizə aparan meydan sahibləri 17-ci dəqiqədə Lyorentenin öz qapısına vurduğu qolla fasiləyə minimal üstünlüklə yollanıblar.

Dele Allinin 51-ci dəqiqədə vurduğu qolla londonlular hesabı bərabərləşdirə biliblər. Qonaqlar qələbə qolunu oyuna əlavə olunmuş dəqiqələrdə vurublar. Vinksin dəqiq zərbəsi ilə 2:1 hesablı qələbə qazanan “Tottenhem” 51 xalla liqada üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, “Fulhem”in “Beşiktaş”dan transfer etdiyi Ryan Babel 2967 gün sonra Premyer Liqada ilk oyununa çıxıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri