21 
Yan
2019
13:20
19
101
3522
Virtual karabakh

“Neftçi” yunan hücumçu üçün 50 min avro təklif etdi

21 Yan, 2019
13:20
3522

“Neftçi” yunan hücumçu üçün 50 min avro təklif etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi” hücum xəttinə daha bir legioner futbolçu almağa yaxındır.

Oxu.Az Yunanıstanın sport24.gr saytına istinadən xəbər verir ki, Vanqelis Platellas Bakı klubunun yeni oyunçusu ola bilər.

“Neftçi” otuz yaşlı forvard üçün Krit adasının klubuna 50 min avro təklif edib. Artıq İraklio klubu bu təklifi qəbul edib.

Platellas bu gün Azərbaycan çempionatının liderinin Antalyadakı toplanışında olmalıdır. Ona “Neftçi” tərəfindən illik 300 min avro maaş veriləcəyi və ilyarımlıq müqavilə bağlanılacağı deyilir.

Onu bildirək ki, Vanqelis Platellasın “Neftçi”yə keçidi baş tutsa, ilk dəfə legioner karyerasını Azərbaycanda yaşayacaq. 2015-ci ildə Yunanıstan millisinə çağırılmış, lakin yığmada debüt edə bilməmiş futbolçu ötən yay bir illik müqavilə bağladığı OFİ-də cari mövsüm 17 oyunan iki qol vurub.

Bu futbolçunun sonuncu qolu doqquz gün əvvəl “Panionios”la görüşdə reallaşıb. Onun futbolçu kimi ən böyük uğuru 2009/10 mövsümü üçün Yunanıstanın II divizionunun ən yaxşı gənc oyunçusu seçilməsi və 2016-cı ildə AEK-lə Yunanıstan kubokunu qazanmasıdır. 

Qeyd edək ki, “Neftçi”də fransalı Baqaliy DaboMirabdulla Abbasov kimi hücumçular da var.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri