23 
Yan
2019
10:35
70
35
2787
Virtual karabakh

Bakıda keçiriləcək yarışda qaliblərə cırtdan veriləcək - FOTO

23 Yan, 2019
10:35
2787

Bakıda keçiriləcək yarışda qaliblərə cırtdan veriləcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda baş tutacaq paracüdo üzrə Qran-Prinin qaliblərinə Azərbaycan xalq nağılının qəhrəmanı olan Cırtdanın kimanoda olan kuklası hədiyyə ediləcək.

Oxu.Az xəbər verir ki, əlil arabası istifadəçisi Bahar Şıxıyeva belə bir təşəbbüslə çıxış edib. 

O, öz əl işi olan kimanolu Cırtdan kuklasını Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyinə təqdim edib. B.Şıxıyeva cüdo yarışlarında qalib gələn hər bir idmançı üçün kimanolu cırtdan oyuncağı hazırlaya biləcəyini söyləyib. 

MPK təşəbbüsü bəyənərək həmin hədiyyələrin B.Şıxıyeva tərəfindən qaliblərə şəxsən təqdim olunması barədə qərar qəbul edib. Komitənin dəstəyilə B.Şıxıyeva yetmiş ədəd həmin hədiyyədən hazırlayacaq. 

Xatırladaq ki, bu ilin 11-13 may tarixlərində Bakıda paracüdo üzrə beynəlxalq Qran-Pri yarışı keçiriləcək. Tokio 2020 Paralimpiya Oyunlarına lisenziya xalı qazandıran bu cür yarış şəhərimizdə ilk dəfədir ki, keçirilir. Yarışda 43 ölkədən 250 idmançı iştirak edəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri