31 
Yan
2019
18:20
101
47
4351
Virtual karabakh

Qurban Qurbanov: Gözləyirdilər ki, Riçard gəlsin, zarafat çoxalsın

31 Yan, 2019
18:20
4351

Qurban Qurbanov: Gözləyirdilər ki, Riçard gəlsin, zarafat çoxalsın

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın bu gün mətbuat üçün açıq məşqi keçirilib.

Oxu.Az xəbər verir ki, məşqdən öncə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutub.

46 yaşlı mütəxəssis zədəli olan braziliyalı Reynaldo və ispaniyalı Miçelin son durumları barədə danışıb:

“Onlar fərdi məşq edirlər. Miçel hələ kollektiv məşqlərə başlamayıb. Reynaldo gündən-günə yaxşılaşır. Hər ikisi fevralın 3-də “Neftçi” ilə oyunu buraxacaq”.

Qurban Qurbanov Riçard Almeydanın geri dönməsinə isə belə münasibət göstərib:

“Həmişə istəyirik ki, heyətimiz yaxşı olsun. Oyunumuzun da yaxşılığa doğru getməsini istəyirik. O qədər də zəifləyib geri düşmədik. Avropa Liqasının qrup mərhələsində iştirak etdik, çempionatda medallar uğrunda yarışırıq və kubokda yarımfinala çıxdıq. Çalışırıq ki, nəticələri qoruyub saxlayaq. Belə bir oyunçunun komandaya qayıtması ab-havanı yaxşılaşdırıb. Onun üçün darıxanlar gözləyirdi ki, Riçard gəlsin, zarafatlar çoxalsın.

Beş il komandamızda oynayıb. İstədiyimiz oyunu qurmaqda bacarığı və təcrübəsi daha çox idi. Ancaq bir oyunçu ilə nə komanda bir o qədər zəifləyir və nə də güclənir. Riçard bir müddət olmadı, optimal formadan uzaqdır. Bir neçə oyun lazımdır ki, bacarığını ortaya qoysun”.

Sonda Qurban Qurbanov bildirib ki, Azərbaycanda fevralın 8-nə kimi transfer dönəmi açıq olduğundan yeni futbolçular heyətə cəlb oluna bilər. Bunlar ya hücumçu, ya da yarımmüdafiəçi olacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri